Yuxarı

F-16-lar bu raketlərlə Kiyevə verilsə… - Korotçenko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
F-16-lar bu raketlərlə Kiyevə verilsə… - Korotçenko

Qərb ölkələri Ukraynanı 200-ə qədər F-16 qırıcısı ilə təmin edə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Dünya üzrə yığılıb, təhvil verilə bilən qırıcıların ümumi sayı təxminən 200-ə yaxındır. Aydındır ki, onların heç də hamısı gətirilməyəcək, hamısı döyüşə hazır deyil. Burada şərtlər var: təlim keçmiş pilotlar, baza sistemi və texniki xidmətlər, aerodrom şəbəkəsi və silahlar”, - o bildirib.

Ekspert hesab edir ki, F-16-ların tədarükü yalnız bu şərtlər yerinə yetirildiyi təqdirdə Ukrayna Silahlı Qüvvələrinə üstünlük verə bilər.

Onun sözlərinə görə, uçuş heyətinin səmərəli hazırlanması, hətta yenidən hazırlanması yarım ildən çox vaxt tələb edir:

“Baza sisteminə gəlincə, F-16 kimi mürəkkəb texnika üçün aerodrom şəbəkəsinin olması kritik məqamdır.

Üçüncü amil isə bu F-16-ların hansı silahlara sahib olacağıdır. Bu, yəqin ki, əsas sualdır: buraxılış məsafəsi nə qədər olacaq? Hansı model? F-16-lar Amerikanın JASSM qanadlı raketləri ilə təchiz olunarsa, bu, böyük eskalasiyaya gətirib çıxaracaq. Burada Rusiya sərt mövqe nümayiş etdirməlidir. Bu baxımdan Sergey Lavrovun F-16-nın taktiki nüvə silahı daşıyıcıları kimi nəzərdən keçirməli olduğunu bildirən sözlərini dəstəkləyirəm.

Buna görə də burada tədarükləri gözləmək və sonra reaksiya vermək, fikrimcə, Rusiya üçün pis vəziyyət olacaq”.

Korotçenko hesab edir ki, ABŞ qırıcıların tədarükü məsələsində mərhələli taktikalara əməl edir:

“Belə ki, tədarükləri dərhal artırmır, bunu tədricən edir, bir növ müzakirə dövrü yaradır. Görünür, bizi buna öyrədirlər ki, bu qaçılmazdır, buna sakit reaksiya verməliyik. Çünki tədarük dərhal baş verməyəcək, hələ hansı silahların veriləcəyinə, hansının verilməyəcəyinə qərar verilməyib. Bu, Rusiyanın tədarüklər faktına kəskin reaksiya verməməsi üçün məqsədyönlü şəkildə işlənən taktikadır. Ona görə də bizim üçün bu, ilk növbədə, ciddi sual doğurur: necə cavab verməli və hansı məntiqlə hərəkət etməliyik?

Ukraynanın əks-hücumunun, hətta Qərb texnikasından istifadə olunsa belə, uğursuzluğu, həm də onunla bağlıdır ki, hazırda Rusiya ordusu döyüş əməliyyatlarının uğurla aparılması üçün Rusiya müdafiə sənayesindən lazım olan hər şeyi alır. Rusiya hərbi istehsal, silah və hərbi texnika ixracı sahəsində sabit mövqe tutur. Bu gün Rusiya rəhbərliyinin qarşıya qoyduğu vəzifələri nəzərə alaraq, xüsusi əməliyyat zonasında istifadə üçün nəzərdə tutulan əsas silah çeşidlərinin istehsalı artır".

Tarix
2023.08.28 / 09:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla