Yuxarı

Fətullah Gülənin adından şübhəli səs yazısı yayıldı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yutub" və "Vimeo" kimi video-paylaşım saytlarında Fətullah Gülənə aid olduğu iddia edilən yeni səs yazısı yayımlanıb.

"Axar.az" xəbər verir ki, bu səs yazısının 2013-cü ilin 17 dekabr tarixindən (korrupsiya əməliyyatında bir neçə nazir övladının həbs olunduğu gün. – red.) əvvəl qeydə alındığı iddia olunur. Səs yazısında Fətullah Gülənə məlumat verən şəxs Ukrayna, Qazaxıstan və Türkiyədə yerləşən "Yapı" Beynəlxalq İnşaat və Xarici Ticarət Şirkətinin sahibi Süleyman Həmid Müftigil olduğu iddia edilib. 17 dekabr tarixində qeydə alındığı bildirilən səs yazısında Fətullah Gülən 17 dekabr əməliyyatlarından xəbərdar olduğunu qeyd edib.

Apreldən sonra nazirləri biz təyin edəcəyik

Səs yazısında Fətullah Gülən aprel ayından sonra bir çox dövlət adamlarını təyin edəcəyini bildirir:

"Narahat olmayın. Aprel ayından sonra nazirləri, millət vəkillərini biz təyin edəcəyik".

"Ergenekon" kimi uzanacaq

Dialoqda Əli Ağaoğlu ilə bir neçə biznesmenin adı çəkilərək bu prosesin "Ergenekon" prosesi kimi uzanacağı bildirir:

"Vallah, mən onu bilmirəm. Ancaq bildiyim bir şey var - bu məsələ "Ergenekon" kimi uzanacaq. Seçkiyə qədər uzanacaq. Axırda da bütün hökuməti, Nazirlər Kabinetini devirəcək".

Bütün bunlarla bərabər yeni səs yazısında 70-ə yaxın millət vəkilinin AKP-dən istefa verəcəyi bildirilir. Həmçinin yeni bir partiyanın yaranacağı, o yeni partiyanın seçkilərdə 30 faiz səs toplayacağı vurğulanır.

Tarix
2014.01.31 / 13:08
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla