Yuxarı

İraq "qan çanağı"na dönüb: 1013 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraq "qan çanağı"na dönüb: 1013 ölü

İraqda yanvar ayı ərzində terror aktları və silahlı hücumlar nəticəsində 1013 nəfər ölüb. Bu barədə RİA Novosti xəbər verir.

"Frans Press" agentliyinin yerli hakimiyyətə istinadən verdiyi məlumata əsasən, yanvar ayında silahlı döyüşçülərin iştirakı ilə çoxsaylı zorakılıq faktları nəticəsində 122 hərbi qulluqçu, hüquq mühafizə orqanlarının 96 əməkdaşı və 795 mülki vətəndaş həlak olub.

İraqın Səhiyyə, Daxili İşlər və Müdafiə nazirliklərinin rəsmi məlumatına görə, ötən ay 2 mindən çox şəxs yaralanıb. Belə ki, terror aktları və hücumlar nəticəsində 1633 mülki vətəndaş, 238 hərbi qulluqçu və 153 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hakimiyyət bəyan edir ki, yanvar ayında İraqda 2008-ci ilin aprel ayından (1073 ölü) bu yana zorakılığın ən yüksək səviyyəsi qeydə alınıb (Trend).

Tarix
2014.02.01 / 08:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla