Yuxarı

Baydenin açıqlaması Davudoğlunu qəzəbləndirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baydenin açıqlaması Davudoğlunu qəzəbləndirdi

Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Baydenin "PKK ilə PYD eyni deyil" açıqlaması Baş nazir Əhməd Davudoğlunu qəzəbləndirib.

Avropa.info xəbər verir ki, Davudoğlu Baydeni PKK terroru nəticəsində həyatını itirənlərin yaxınları ilə görüşmədiyi üçün qınayıb.

"PKK ilə YPG/PYD-nin ayrı olduğunu iddia etmək, Qəndildən Suriyaya gedən qrupları, silahları, Suriya vasitəsi ilə Türkiyəyə gətirilməyə çalışılan silahlar haqqında məlumatı olmamaq, əslində, görməmək deməkdir. YPG/PYD-nin fəaliyyətinin mənbəyi Qəndildir, terrorçular oradan göndərilir. Vaşinqtondan belə görünə bilər, amma Türkiyədə elə görünmür. YPG/PYD Əsəd rejimi ilə əməkdaşlıq edir, İŞİD-lə döyüşməsi onu qanuniləşdirə bilməz. Türkiyə Qəndilə etdiyi kimi, YPG/PYD-yə də müdaxilə edə bilər.

Cənab Baydenin görüş proqramını kim yazıb bilmirəm, amma Türkiyədə baş verənləri tam olaraq görməsini istəmədiyi bəllidir. Türkiyə azad bir ölkədir, əlbəttə, hamı hamı ilə görüşə bilər. Amma cənab Bayden madam ki, Türkiyədə baş verənlərlə tanış olmaq istəyir, PKK terrorunun şəhid etdiyi şəxslərin yaxınları, mülki vətəndaşlarımla da görüşərdi. Ya da PKK terrorunun əlil etdiyi vətəndaşlarımızla da görüşərdi", - deyə Davudoğlu bildirib.

Qeyd edək ki, Davudoğlu bu açıqlamanı Baydenlə görüşdən öncə səsləndirib.

Tarix
2016.01.24 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla