Yuxarı

Kadırov Putinə qarşı: Qafqaz yenə qızışır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırovun hazırkı davranışı Putinlə münasibətlərini poza bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında ekspert Nikolay Svanidze söyləyib. Onun sözlərinə görə, Kadırov Putinin vassalıdır:

"Kadırov özünün rəhbərindən irəliyə doğru qaçır. Başçı heç kimi önə buraxmamalıdır. Kadırov isə buna məhəl qoymadan başçıya düşmənləri, onlarla necə mübarizə aparmaq qaydalarını söyləyir. Hazırkı şəraitdə əsas məsələ ölkənin iqtisadi vəziyyətinin dəyişməsindən gedir. Çeçenistan dotasiyalar hesabına yaşayan regiondur. İndi Kadırov ölkənin müxtəlif yerlərində aksiyalar keçirməklə göstərir ki, mənim arxamda güclü qüvvə var və buna görə də mənim pulumu kəsməyin. Kadırovun nizamlı ordusu var. Bu ordu şəxsən ona tabedir. Vassalımın vassalı mənim vassalım deyil. Yəni Putin bu orduya heç bir əmr verə bilməz. Kreml atacağı ilk səhv addım bu regionda qarışıqlığa səbəb olacaq".

Qeyd edək ki, bundan öncə Kadırovun ölkənin müxalif kəsimi ilə bağlı çıxışı böyük etirazlara səbəb olub. Lakin aksiyalar təkcə Kadırov əleyhinə olmayıb. Məhz çeçen liderin ətrafının fəaliyyəti ilə Qroznı və Dağıstanın bir neçə şəhərində Kadırova dəstək aksiyası keçirilib.

Tarix
2016.01.30 / 10:11
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla