Yuxarı

Kissincerin Putinlə görüşündən - 7 tezis

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kissincerin Putinlə görüşündən - 7 tezis

Fevral ayının 3-də Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincerlə görüşdü.

Mütəxəssislər hesab edir ki, Kissincer bu görüşdə respublikaçıların siyasi elitasını təmsil edərək gələcək ikitərəfli əməkdaşlıq haqda danışıqlar aparıb.

ABŞ-a qayıtdıqdan sonra Kissincer "Naşinıl İnterest" qəzetində Rusiya və ABŞ münasibətləri haqda məqalə dərc etdirib.

Axar.az sözügedən məqalədəki mühüm hissələri təqdim edir:

* ABŞ-la Rusiyanın hazırki münasibətləri Soyuq müharibə dövründəkindən daha gərgindir. Hər iki ölkənin mütəxəssisləri hesab edir ki, Moskva ilə Vaşinqton qarşıdurmanın yeni mərhələsinə qədəm qoyub və dünya nizamı məsələlərində birgə səmərəli əməkdaşlıq edə bilməzlər.

* Rusiya ilə ABŞ əməkdaşlıq etməlidir. Elə əməkdaşlıq proqramı hazırlanmalıdır ki, bu konsepsiyada hər iki ölkə dünya nizamının formalaşmasında iştirak etsin.

* Rusiya ilə ABŞ təkcə bir-biri ilə deyil, həm də başqa dövlətlərlə də əməkdaşlığa getməlidir. Bu gün dünyada misli görünməmiş qeyri-sabitlik hökm sürür. Bunun əsas səbəbi mövcud dövlətlərin dağılması və ərazilərin idarəsiz qalmasıdır. Bu kimi problemlər yalnız bir ölkə tərəfindən həll edilə bilməz. Buna görə də ABŞ Rusiya və başqa dövlətlərlə əməkdaşlıq etməlidir.

* Ukrayna Rusiya və Qərb arasında körpü rolunu oynamalıdır, forpost rolunu deyil.

* Əgər Rusiya ilə ABŞ Suriyada digər böyük dövlətlərlə birgə əməkdaşlıq etməklə fəaliyyət göstərsə, elə bir model yaratmaq mümkdündür ki, təkcə Yaxın Şərqdə deyil, eləcə də digər problemli ərazilərdə sülhə nail olunsun.

* Son illərdə Moskva və Vaşinqton əməkdaşlığı epizodik xarakter daşıyır və böyük bir tərəqqiyə nail olmayıb. Bu da təəccüblü deyil. Çünki müzakirələr razılaşdırılmış strateji formatdan kənarda aparılıb.

* Rusiya təkcə ABŞ üçün təhlükə mənbəyi deyil, dünyada yaradılacaq istənilən yeni qlobal tarazlığın bir hissəsi kimi qəbul edilməlidir.

Tarix
2016.02.06 / 21:23
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

Xankəndidə atəşfəşanlıq oldu

"Qartal" hərbi paradda belə keçid etdi - Video

Tokayev Azərbaycanı təbrik etdi

Ordumuz Zəfər Gününü belə qeyd etdi - Video

Hərbçilərimizin Bakıda yürüşünü qürurla izlədim - Şərif

Şahbaz Şərifin Azərbaycan səfəri başa çatdı

Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq

Ərdoğanın Bakıya səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla