Yuxarı

Kaladze Tehrana gedir: İran qazı Qafqaza gəlir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Energetika naziri Kaxa Kaladze fevralın 15-də İrana səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Kaxa Kaladzenin özü jurnalistlərə açıqlamasında söyləyib. O, İrana səfəri zamanı bu ölkənin xarici işlər naziri və vitse-prezidenti ilə görüşəcəyini bildirib:

"Bizim aramızda İran qazının Gürcüstana ötürülməsi məsələsi müzakirə ediləcək. Siz yəqin ki, İran səfirinin açıqlamasını eşitdiniz. Onlar Gürcüstana təbii qaz verməyə hazır olduqlarını söyləyiblər. Bu qazın Gürcüstana çatdırılması üçün artıq iki yol var. Bunlar isə Ermənistan və Azərbaycandan keçir".

Qeyd edək ki, Gürcüstan bir müddət öncə Rusiyadan kommersiya qazı alınması üçün "Qazprom"la danışıqlara başlayıb. Tiflis Moskva ilə bərabər Tehranla da danışıqlara start verib. Hakimiyyətin bu addımları ölkə müxalifətinin kəskin etirazına səbəb olub.

Hazırda Gürcüstanın qaza olan tələbatının böyük bir hissəsini Azərbaycan ödəyir. Rusiyadan isə Gürcüstan hər il 300 milyon kub metr qaz alır.

Tarix
2016.02.13 / 11:42
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla