Yuxarı

Bordyuja: “Gümrü bazası Türkiyəyə qarşı qurulmayıb”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası Türkiyə ordusuna qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmayıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Nikolay Bordyuja söyləyib. Onun sözlərinə görə, bu bazanın əsas məqsədi regionda stabillik yaratmaqdır:

"Bu baza, sözsüz ki, region ölkələri və Rusiya rəhbərliyinin qəbul etdiyi qərarlar əsasında başqa tədbirlər çərçivəsində fəaliyyət göstərəcək. Ona görə də mən bu bazanın əlavə qüvvələrlə gücləndirilməsinə ehtiyac görmürəm".

Qeyd edək ki, 102-ci hərbi baza Ermənistan ərazisində tam rəsmi qaydada 1995-ci ildə yaradılıb. Bu bazanın tərkibində C-300B zenit raket kompleksi, MiQ-29 qırıcıları, Mi-24P və Mi-8MT vertolyotları var. Təyyarələr və vertolyotlar İrəvanda yerləşən Erabuni aerodromunda saxlanılır. Hərbi bazanın şəxsi heyətinin sayı 4 min nəfərdir. 2010-cu ildə Rusiyanın eks-prezidenti Dmitri Medvedyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında bu bazanın Ermənistanda qalma müddətinin 49 il (2044-cü ilə qədər) uzadılması ilə bağlı müqavilə imzalanıb. Moskva və İrəvan arasındakı razılaşmaya əsasən, bu baza Ermənistanı başqa ölkələrin hücumlarından qoruyacaq, üstəlik, bu hücumları Rusiya öz ərazisinə edilən qəsb kimi qəbul edəcək. Maraqlı məqam orasındadır ki, İrəvan bu bazanın Gümrüdə yerləşməsinə görə, Rusiyadan pul kompensasiyası almır.

Tarix
2016.02.13 / 14:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla