Yuxarı

Jirinovski: “Ermənilər Türkiyəni havaya uçuracaq!” – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Liberal Demokratik Partiyasının lideri və Kremlin əsas "sözçüləri"ndən sayılan Vladimir Jirinovski Türkiyənin təhdid edib.

Publika.az xəbər verir ki, Rusiya siyasətçisi "Rossiya 1" telekanalının efirində Türkiyə ordusunun Suriyaya müdaxilə edəcəyi halda türk şəhərlərində terror aktları təşkil olunacağını bildirib.

Onun sözlərinə görə, terror aktlarını kürd və erməni döyüşçüləri təşkil edəcəklər.

"Türkiyə Suriyaya müdaxilə edəcəyi halda bütün Türkiyədə terror aktları başlanacaq. Hökumət binaları və hərbi düşərgələr yanacaq, hər şey havaya uçurulacaq. Terror aktlarını kim törədəcək? Biz bilmirik. Bu döyüşçülər kürd qoşunundan ola bilər, bunlar erməni döyüşçüləri, yunanlar, bolqarlar, suriyalılar və ərəblər ola bilər. Onlar orada milyonlarladır", - Jirivovski "Təkbətək döyüş" proqramında deyib.

Rusiyalı siyasətçisi həmçinin fevralın 17-də Ankarada törədilən terror aktını "məşq" adlandırdı.

"Dünən (proqram fevralın 18-də efirə gedib- red.) məşq idi, sabah bütün Türkiyə yanacaq!", - partiya lideri deyib.

Vladimir Jirinovskinin bu çıxışı ilə videoçarxın 16-cı dəqiqəsindən başlayaraq tanış olmaq olar.

Qeyd edək ki, Jirinovski daim anti-Türkiyə bəyanatları ilə gündəmə gəlir. Türkiyə və Rusiya arasında münasibətlərin gərginləşdiyi ilk günlərdə İstanbulu nüvə silahı ilə vurmağı təklif edən siyasətçi bir neçə gün əvvəl Türkiyəni parçalamağın formulunu açıqlayıb.

"Biz cavab olaraq Türkiyədəki Kürdüstanı müstəqil ölkə kimi tanımalıyıq. Qərbi Ermənistanın torpaqlarını tələb etməliyik. Bundan başqa, Bolqarıstan və Yunanıstan da öz tələblərini dilə gətirə bilər. Beləliklə, türklərə torpaq qalmayacaq", - Jirinovski sərsəmləyib.

Tarix
2016.02.19 / 11:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla