Yuxarı

İki əsrdir dünyanın sevə-sevə oxuduğu şəxsi məktub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki əsrdir dünyanın sevə-sevə oxuduğu şəxsi məktub

Artıq günümüzdə kimsə bir-birinə uzun məktublar yazmadığı kimi, bir-biri üçün uzun həsrət duyğusu da hiss edə bilmir. Çünki internetlə hər gün təmas imkanı kimsənin darıxmaq duyğusu ilə dolub-daşmasına imkan vermir.

Arzu etdiyin anda barmaqlarını duymələrə toxundurub bir dəqiqədə dünyanın istənilən yerinə çatdıra bilmək imkanına sahib olmaq insanları bəlkə də bir-birinə həsrət duymaq kimi gözəl hissdən məhrum edir…

Bu yaxşıdırmı, yoxsa pis?.. Bütün bunları müəyyən etmək bəlkə də hələ tezdir, bu sürətlə, qısa zaman kəsiyində bir-birinə hiss etdiklərini izah edə bilmənin nəticəsi nə olacaq?

Bunu hələ tam müəyyən etmək üçün zamana ehtiyacmız var.

Keçmişdəsə belə deyildi. Bir-birini sevən və öz duyğularını anlatmaq istəyən biri poçta gedə bilmək üçün belə əziyyətə qatlaşmalı, günlərlə alacağı cavabı gözləməli idi.

Eynən sizə tədqim edəcəyimiz məktubda olduğu kimi…

"Son sözləri yazarkən göz yaşlarım səfihələrə səpələnir…

Amma nəşələnməliyəm… Sonsuz sayda öpücüklər uçur havada… Onlardan bir neçəsini tuta bildim, çox ləzzətlidirlər.

Sən bu məktuba cavab yaza bilərsən. Amma cavabı Ləns poçtxanasından göndərməlisən, çünki belə daha etibarlıdır. Amma ora gedib-getməyəcəyini tam bilmədiyimdən sənə bir söz deyə bilmirəm. Məktubun üzərinə "gəlib poçtdan götürülməyincəyə qədər gözlədilsin" sözlərini yaz ki, itməsin…

Çox sevgili, sevgililərin sevgilisi, incə, kiçicik xanımım… Sağlığına diqqət et və qəsəbədə dolaşmağı ağlından belə keçirmə…

Məktubda mənə bizi necə tapdığını ətraflı yaz, sevimli arvadım…

Səni milyonlarca kərə öpürəm…"

Bu, Motsartın arvadına yazdığı məktub idi…

Tarix
2014.02.07 / 09:00
Müəllif
Selcan
Digər xəbərlər

Bakıda Hindistanla bağlı konfrans başladı

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla