Yuxarı

“İrana 200 milyard dollar lazımdır ki...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın neft bazarlarına qayıtması qiymətlərə təzyiqi artıracaq.

Axar.az xəbər verir ki, bu, "Mudi" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda yer alıb.

"İran hazırda hasilatı artırmaqla bağlı müəyyən texniki problemlər yaşayır. Köhnəlmiş infrastrukturun modernizasiya olunması üçün 150-200 milyard dollar lazımdır. İranın 2016-cı ildə hasilatını 500 min barrel artırması gözlənilir. Bu, qiymətlərə təzyiqi artıracaq", - agentliyin məlumatında bildirilib.

Qeyd edək ki, bu il yanvarın 16-da Qərb İrana qarşı sanksiyaları ləğv edib. Rəsmi Tehran bazarlarda mövqeyini gücləndirmək üçün neft hasilatını artıracağını bildirib.

Fevralın 16-da isə Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətər neft hasilatını 11 yanvar 2016-cı il səviyyəsində saxlamaq barədə razılaşıb. Venesuelanın Neft naziri Euloxio Pino Ekvador, Nigeriya, Əlcəzair, Oman və Küveytin bu qərarı dəstəklədiyini açıqlayıb. İran isə hasilatı dondurub-dondurmayacağını açıqlamadan sazişi dəstəklədiyini bildirib.

Birjalarda neftin qiyməti 2014-cü ilin iyulundan ucuzlaşmağa başlayıb. Ucuzlaşmanın başlıca səbəbi kimi isə hasilatın çoxluğu göstərilir.

Tarix
2016.02.22 / 13:54
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla