Yuxarı

25 il əvvəl terrordan sağ çıxan bacılar "Krokus"da öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Krokus Siti Holl"da baş verən terror aktında həlak olan Anna və Tatyana Makarski bacıları 1999-cu ildə Volqodonskda törədilən terror aktından sağ çıxıblarmış.

Axar.az Unikal-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, 1999-cu ildə Volqodonskda Oktyabrskoye şossesində 35 saylı evin yaxınlığında partlayış baş verib. Partlayıcılarla dolu QAZ-53 markalı yük maşını havaya uçub. Terror aktı nəticəsində 19 nəfər həlak olub, daha 89 nəfər yaralanıb.

Həmin vaxt Annanın 17, bacısı Tatyananın isə cəmi 9 yaşı olub. Onların evi partlayışın episentrindən 70 metr aralıda yerləşirdi.

"Onlar Volqodonskda partlayış baş verən evin yanındakı evdə yaşayırdılar. Onların mənzilinin şüşələri sındırılıb, bütün ailə yaralanıb və təcili yardıma müraciət edib. Bu, onların həyatında ikinci terror aktıdır", - deyə mərhum bacıların yaxın dostu deyib.

42 yaşlı Anna "Piknik"in konsertində iştirak etmək üçün xüsusi olaraq Rostov vilayətindən Moskvaya uçub. Paytaxtda yaşayan bacısı ilə birlikdə konsertə gediblər.

Hadisədən sonra bacıların anası Yelena Makarskaya övladlarının itkin düşdüyünü bildirib.

Martın 26-da axşam saatlarında Yelena Makarskayanın hər iki qızının adını "Krokus"da öldürülənlərin yenilənmiş siyahısında görüb.

Anna Makarskaya bankda işləyirdi və 12 və 16 yaşlı iki uşağı var. Kiçik bacısı Tatyananın da 6 və 9 yaşlı iki övladı var.

Tarix
2024.03.28 / 18:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla