Yuxarı

Putin Kadırovu DİN rəhbəri postuna gətirir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın daxili işlər naziri postunu tuta bilər.

Axar.az xəbər verir ki, bu barədə Kremlə yaxınlığı ilə tanınan rusiyalı biznesmen Konstantin Malofeyevə məxsus “Çarqrad” televiziyası məlumat yayıb.

Məlumata görə, “Krokus Siti Holl”da baş vermiş terror aktı və sonradan miqrantların saxlanması Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri postunda rotasiyaya səbəb ola bilər:

“Vladimir Kolokoltsevi əvəz etmək üçün bir neçə nəfər mübarizə aparır. Ramzan Kadırovun bu posta mümkün təyinatı birmənalı qiymətləndirilir. Bir tərəfdən onun sərt rəhbərliyi böhran vəziyyətlərində təsirli ola bilər. Digər tərəfdən isə Kadırovun federal struktura rəhbərlik etmək təcrübəsi yoxdur”.

Materialda başqa adlar da qeyd olunub. Xüsusilə, DİN-in rəhbəri postuna mümkün namizədlərdən biri də Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostevdir. O, əvvəllər Daxili İşlər Nazirliyinin strukturlarında işləyib, 2012-2021-ci illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

Rusiya prezidentinin keçmiş köməkçisi və Yaroslavl vilayətinin sabiq qubernatoru Dmitri Mironovun da adı mümkün namizədlər sırasında hallanır.

Tarix
2024.04.18 / 10:55
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Prezident Zuhair Əlhartini qəbul etdi

İlham Əliyev müftiləri qəbul etdi

Paşinyan erməniləri “verməməkdə” ittiham etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Ermənistan qoşunları Göyçə gölü ətrafından çıxarılır

Prezident Berl Lazarı qəbul etdi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır

Tokayevdən XİN başçılarının Almatı görüşünə reaksiya

Əli Əsədov Məhərrəm Kılıçla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla