Yuxarı

“Putin Gürcüstana Buşun gözləri qarşısında girdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Putin Gürcüstana Buşun gözləri qarşısında girdi”

Putin Gürcüstana Corc Buşun gözləri qarşısında girdi.

Axar.az xəbər verir ki, bunu "Atlantik" jurnalına müsahibəsində ABŞ Prezidenti Barak Obama söyləyib. Onun sözlərinə görə, İraqda ABŞ ordusunun yerləşdirilməsi Buşun rasional qərarı olub. Jurnalistin "Rusiyanın Krımı işğal etməsi və Suriyaya ordularını göndərməsi ABŞ-ın Moskvadan qorxmasını göstərirmi", - sualına Obama eks-prezident Corc Buşu misal gətirərək cavab verib:

"Məncə, dünyada bir nəfər də olsun fikirləşmir ki, Corc Buş hərbi güc tətbiq edəndə tədbirli addım atıb. Məhz həmin dövrdə Putin Buşun gözləri qarşısında Gürcüstana girdi. O zaman isə bizim İraqda 100 min hərbçimiz vardı".

Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstana qoşun yeridib. Nəticədə Cənubi Osetiya Gürcüstandan ayrılıb. Bundan sonra Moskva qondarma Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyan yeganə ölkə olub.

Tarix
2016.03.11 / 17:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla