Yuxarı

Fransada yeni etiraz aksiyası başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqı (CGT) ölkədə pensiya islahatları ilə bağlı yenidən etiraz nümayişlərinə və tətillərə başlandığını elan edib.

Axar.az xəbər verir ki, liman işçiləri və dokerlər iyunda 14 günlük tətilə başladıqlarını bəyan ediblər. İyunun 7-dən liman əraziləri bağlanaraq üç gün davam edəcək “ölü limanlar” əməliyyatına başlanılıb.

Tətilçilər iyul ayında mübarizələrinin daha da gücləndiriləcəyini istisna etmirlər. Hökumətin onların səfərbərliyinə şübhə ilə yanaşdığını deyən Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqının baş katibi artıq bütün liman işçilərinin və dokerlərin bir araya gəldiklərini vurğulayıb. Prezident seçkiləri kampaniyası zamanı E.Makronun verdiyi vədə əməl etməməsi liman işçilərini qəzəbləndirib.

“Respublika prezidenti aydın şəkildə demişdi ki, pensiya islahatı liman işçilərinə və dokerlərə şamil edilməyəcək”, - deyə özlərini xəyanətə uğramış hiss edən həmkarlar ittifaqları mətbuata açıqlamalarında bildiriblər.

Tarix
2024.06.07 / 19:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Orbanın Şuşa səfərinə AP-dən “biabırçı” reaksiya

Bakı və Ər-Riyad ikitərəfli münasibətləri müzakirə etdi

İrəvan hərbi gücünü artırır: eskalasiya riski… - “Moody's”

Buna görə İlham Əliyevə minnətdaram - Tatar

Şuşa sammiti Borrelli dəli etdi: Orbanı hədəf aldı

Qarabağ Bəyannaməsində xüsusi bənd: TDT dəstək verəcək

Azərbaycan Türk dünyasının güclənməsinə töhfə verir

Pezeşkianın andiçmə mərasimi bu tarixdə keçiriləcək

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

Azərbaycanlı prezident İranı necə xilas edəcək?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla