Yuxarı

Makron seçkiləri uduzur – ancaq “xoş xəbər” də var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:16

Fransada parlament seçkilərinin ikinci turunda sağçı Milli Birlik Partiyası liderdir, lakin çox güman ki, mütləq çoxluğu əldə edə bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Belçikanın RTBF telekanalı “exit-poll” məlumatlarına istinadən məlumat yayıb.

Kanal hesab edir ki, Marin Le Pen və Jordan Bardellanın partiyası parlamentdəki 577 yerdən təxminən 210-228-ni qazana bilər.

Eyni zamanda, Fransa seçkilərini yaxından izləyən “Soir” qəzeti sağ Milli Birliyin ehtimal olunan qələbəsini təsdiqləyir, lakin hazırda mövcud olan məlumatların “son dərəcə qeyri-dəqiq” olduğunu nəzərə alaraq, yerlərin bölüşdürülməsi ilə bağlı heç bir təxmin vermir.

BFMTV-nin təqdim etdiyi məlumatlar isə tamamilə fərqlidir. Belə ki, kanalın keçirdiyi “ekzit-poll”a görə, sol Yeni Xalq Cəbhəsi seçkidə liderlik edir və 175-dən 205-ə qədər yer qazana bilər. Makronun Respublika Naminə Birlikdə koalisiyası 150-dən 175-ə, sağçı Milli Birlik isə 115-dən 150-yə qədər mandat əldə edəcək.

Qeyd edək ki, seçki məntəqələri Bakı vaxtı ilə 21:00-da bağlanıb. Hazırda səslərin sayılması prosesi gedir.

Tarix
2024.07.07 / 22:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla