Yuxarı

Türkiyənin həlledici rolu Qarabağda özünü göstərdi - Gülər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Türkiyə qlobal oyunçu və beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarlarından biridir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər iyunun 16-da Baş Qərargah rəisi Mətin Gürakın və qoşun komandanlarının iştirakı ilə keçirilən müşavirədə deyib.

Y.Gülərin sözlərinə görə, Türkiyənin həlledici rolu Qarabağ münaqişəsinin və Liviyada vətəndaş müharibəsinin sona çatmasında xüsusilə özünü göstərib.

“Bu günədək Ankara Yaxın Şərqdəki ziddiyyətlərin həlli üçün diplomatik səylər göstərir, münaqişə zonalarına humanitar yardım göndərir, Ukraynada qan tökülməsinə son qoymağa və nəticədə enerji və ərzaq böhranlarını aradan qaldırmağa çalışır. Bütün bunlar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi dəyərli təşəbbüslərdir”, - deyə türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, Ankaranın beynəlxalq aləmdə nüfuzunun güclənməsi fonunda Türkiyə Silahlı Qüvvələrinin xaricdəki missiyalarının əhatə dairəsi genişlənir.

Müdafiə naziri dünyadakı qeyri-müəyyənliyə, o cümlədən Türkiyə sərhədlərində gərginlik və böhran zonalarının artmasına diqqət çəkib.

“Türkiyə ordusu bu gün də İraqın şimalında və Suriyada terrorçulara qarşı fəal mübarizəni davam etdirir. Türkiyənin maraqlarını pozan status-kvonun yaradılmasına yol verməyəcəyik”, - deyə Gülər vurğulayıb.

Tarix
2024.06.16 / 23:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dağıstandakı hücum teraktdırsa, Putin niyə susur?

Xovayev Bakıya gəldi, Rokföy isə oyundankənardır

Paşinyan inandırıcı addım atdı, dəhliz isə... - Uorlik

Ermənistana bunun üçün dəfələrlə təklif göndərmişik

Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür

Qərar verirlər, ancaq bunun arxasında... - General

ABŞ-da Bakı və İrəvan arasında müzakirə keçirilir

Bakı və Moskva arasında məsləhətləşmələr keçirildi

Azərbaycan XİN Sloveniyanı təbrik etdi

XİN rəhbəri İqor Xovayev ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla