Misir piramidaları hər biri 20 ton ağırlığında olan qaya
parçalarından tikilmişdi. Bu qaya parçalarının yonulduğu karxanalar
isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi.
Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli
sürülüb.
Axar.az xəbər verir ki, ehram kimin şərəfinə tikilmişdisə, həmin
fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə –
fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində
ultrasəs, radar, şüaötürmə cihazları işləmir.
İndiyədək bu ehramların necə tikilməsi sirr olaraq qalır. Əgər
işçilərin hər gün fövqəltəbii olaraq 10 kubmetr daşı üst-üstə
qoyduqlarını fərz etsək, onda Xeops ehramındakı təxminən 2,5 milyon
kubmetrlik daşı haradasa 250000 gün (644 il) ərzində bir-birinin
üstünə qoymaq tələb olunur. Halbuki ehramlar 20-30 il ərzində
tikilib.
Bəs bəşəriyyətə bu günə kimi sirli qalan bu ehramlar e.ə XXX
əsrdə necə tikilib?
Bəzi alimlər iddia edir ki, ehramların tikintisində
yadplanetlilərin rolu olub. Bu fərziyələri gücləndirən səbəblər
var. Çünki 55 əsr öncə belə ehramların tikintisi insan ağlının
məhsulu ola bilməzdi.
Alimlər ehramların özəlliyini belə təqdim edir:
Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə
gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz.
Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra
yoqurta çevrilir.
Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər.
Ehramın daxilində 5 həftə qalmış sudan üz lasyonu kimi istifadə
etmək mümkündür.
Zibilqabındakı yemək qalıqları ehramın daxilində heç bir qoxu
vermədən "mumiyalaşır".
Kəsik, yanıq, sıyrılma yaraları həcmi böyük ehramların daxilində
daha tez sağalır.
Ehramların içərisi yayda soyuq, qışda isə isti olur.
"Nəhəng Ehram"ın küncləri Nilin deltasını xəyali olaraq iki eyni
hissəyə ayırır.
Giza ərazisindəki üç ehramın bir-birinə nəzərən yerləşmə şəkli
Pifaqor üçbucağı formasındadır, yəni, ehramlar bu xəyali üçbucağın
təpələrini əmələ gətirir. Üçbucağın yanlarının bir-birinə nisbəti
isə 3X4 və 3X5-dir.
"Nəhəng Ehram"ın dörd küncünün sahə ölçüsü onun hündürlüyünün
kvadratına bərabərdir.
"Nəhəng Ehram" Yer kürəsinin quru ərazisinin mərkəzində
yerləşir.
Ehramlar böyük günəş saatını xatırladır. Oktyabrın ortası və
martın əvvəli aralıqlı müddət ərzində ehramın kölgələr "diaqram"ı
mövsümləri və ilin uzunluğunu göstərir. Ehramı əhatələyən daş
lövhələrin uzunluğu isə bir günün kölgə uzunluğuna bərabərdir.
Kölgələr "diaqram"ının daş lövhələr üzərindəki hərəkəti sayəsində
bir günün 0,2419 zaman kəsimində ilin uzunluğunu hesablamaq
mümkündür.
"Nəhəng Ehram"dan Yer kürəsinin mərkəzinə (nüvəsinə) qədər olan
məsafə onunla Şimal qütbü arasındakı məsafəyə bərabərdir. Eləcə də
bu məsafə Şümal qütbüylə Yer kürəsinin mərkəzi arasındakı məsafə
ilə eynidir.
Ehramın hündürlük nöqtəsinin künclərə nəzərən yerləşmə şəkli
çevrənin mərkəzində yerləşmiş nöqtə kimidir. Ehramın dörd üzünün
əmələ gətirdiyi üçbucaqlar isə dünyanın ən böyük üçbucaqları
sayılır.
"Nəhəng Ehram"ın bir küncündən onun təpəsinə qədər olan məsafə
Şimal qütbünə qədərki məsafəni, kənar uzunluğu isə ekvatorun
uzunluğunu ifadə edir.
Ehramlardakı bəzi otaqlarda nə olduğu məlum deyil. Oraya girməyə
müvəffəq olmuş tədqiqatçılar isə geri qayıtmayıb. Bəzi
tədqiqatçılar isə müxtəlif texnoloji üsullardan istifadə etsələr
də, məqsədlərinə nail ola bilməyiblər.