Yuxarı

İran qəfəsə çevrilib: qeyri-farslara münasibət... - Pezeşkian

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqın hüququnu pozub, onun səsini eşitməyəndə, əlbəttə ki, səsvermədə iştirak səviyyəsi aşağı olacaq. Qiymətlərin bahalaşması, qız və qadınlara qarşı münasibət, internetə məhdudiyyət səbəbindən günü-gündən sosial dəstəyi itiririk.

Axar.az xəbər verir ki, bu sözləri İran prezidentliyinə azərbaycanlı namizəd Məsud Pezeşkian digər namizəd Səid Cəlili ilə teledebatdakı çıxışında deyib.

O, qeyri-farslar və qeyri-şiələrə qarşı ədalətsiz münasibətə də diqqət çəkib:

“Bu, vətəndaşların hakimiyyətə qarşı inamsızlığına səbəb olur”.

Pezeşkian həmçinin hakimiyyət qruplarına üzv olmayan şəxslərin sıxışdırıldığını, onların hansısa vəzifə tutmasına imkan verilmədiyini bildirib.

Azərbaycanlı namizəd, bununla yanaşı, 2022-ci ilin ümumi etiraz aksiyalarına da toxunub, etirazçılara qarşı münasibət və repressiyanı pisləyib:

“Yanımızda olanların küçələrə axışıb mitinq keçirmələrinə haqq qazandırır, bizə etiraz edənlərin narazılıqlarını ifadə etməsini isə qanunsuz adlandırır, onları saxlayır və həbsxanalara salırıq”.

Məsud Pezeşkian çıxışının sonunda hakim sistemdə təmsil olunan bir çoxlarını ölkəni qəfəsə çevirməkdə, bütün qapıları bağlamaqda və dünya ilə normal münasibətlər qura bilməməkdə günahlandırıb.

Tarix
2024.07.02 / 10:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa İrəvana silah satır: Bakı bu cür qisas alır - “Blumberq”

Sülhün hazırlanmasına ABŞ-ın dəstəyi... - Əliyev

Əliyev Baydenə məktub göndərdi

Əliyev dünya nəhəngləri ilə: Bakını cəlbedici edən səbəb...

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başladı

Rəsmi Bakıdan İQAK-a cavab: Rədd edirik!

İşğalda olan 4 kəndimizin qaytarılması… - Politoloq

Xalq Cəlilidən qorxur, Pezeşkian seçilə bilər – Nəimi

Bakı ÜDM-i 24,4 trilyon olan bu təşkilata üzv ola bilər?

Goranboy DYP-yə yeni rəis təyin olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla