Yuxarı

HƏMAS-dan cavab aldıq, dəyərləndiririk - İsrail

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail tərəfi girovlarla bağlı HƏMAS hərəkatının nümayəndələrindən vasitəçilərlə cavab alıb.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi və MOSSAD kəşfiyyat xidmətinin birgə bəyanatında deyilir.

"İsrail hazırda bunu dəyərləndirir və öz cavabını vasitəçilərə çatdıracaq", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, mayın 31-də ABŞ Prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. İyunun 11-də HƏMAS təşəbbüsə cavabın Qətər və Misirdən olan vasitəçilərə ötürüldüyünü elan edib və anklavda müharibəni dayandırmaq üçün müsbət hərəkətlərə hazır olduğunu bildirib. ABŞ, Misir və Qətər də öz növbəsində atəşkəs təklifi ilə bağlı cavabın alındığını təsdiqləyib və Qəzzada münaqişə tərəfləri arasında razılıq əldə olunana qədər vasitəçilik səylərini davam etdirəcəklərini vəd ediblər.

Tarix
2024.07.04 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cövdət Yılmazın Azərbaycana səfəri başa çatdı

Türk dövlətləri Mərkəzi Banklarının Şurası yaradılmalıdır

TDT-nin baş katibi Azərbaycana təşəkkür etdi

Bənitorəf: Pezeşkian seçildi, türkün düşmənləri məğlub oldu

Bayramovdan sülhlə bağlı yeni açıqlama

Pezeşkiandan bunu gözləyirik - Güneyli hərəkat rəhbəri

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Foto

Azərbaycan TDT-nin hesabına 2 milyon köçürdü

TDT XİN başçılarının iclası keçirildi - Yenilənib

XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır - Əliyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla