Yuxarı

Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.

“Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir”, - Azərbaycan Prezidenti deyib.

Tarix
2024.07.06 / 13:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib?

Azərbaycan şəhərlərinin bombalanmasından 4 il ötür

Bakı Boqota ilə ilk dəfə siyasi məsləhətləşmələr keçirdi

Prezidentdən Cəbrayılla bağlı paylaşım - Video

Lavrov Rəhman Mustafayevlə görüşdü - Foto

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla