Yuxarı

“Beril” sürətlə Yamaykaya doğru irəliləyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karib dənizində meydana gələn “Beril” qasırğası Yamayka istiqamətində irəliləyir.

Axar.az xəbər verir ki, təbii fəlakətin təxminən 12 saat ərzində ada dövlətində hökm sürəcəyi gözlənilir. Yamayka rəhbərliyi əhaliyə sığınacaqlara yerləşmək və bütün lazımi tədbirləri görməklə bağlı xəbərdarlıq edib.

Həftənin əvvəlindən bu yana Karib dənizində irəliləyən qasırğa Qrenada və Sent Vinsent və Qrenadin ada dövlətlərinə dağıdıcı təsir göstərib. Təbii fəlakət nəticəsində azı 6 nəfər həyatını itirib. Qasırğa Sent Vinsent və Qrenadin adalarına daxil olan 3 min əhalinin yaşadığı Yunion adasında demək olar ki, bütün tikililəri dağıdıb.

“Beril” qasırğası iyun ayında baş verən ilk qasırğa kimi qeydə alınıb.

Həftənin əvvəlindən başlayan “Beril” qasırğası Saffir-Simpson qasırğa şkalasına əsasən 5-ci kateqoriyaya qalxaraq saatda 270 km sürətə kimi yüksəlib. Hazırda qasırğanın sürətinin bir qədər azaldığı deyilir.

Tarix
2024.07.04 / 01:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cövdət Yılmazın Azərbaycana səfəri başa çatdı

Türk dövlətləri Mərkəzi Banklarının Şurası yaradılmalıdır

TDT-nin baş katibi Azərbaycana təşəkkür etdi

Bənitorəf: Pezeşkian seçildi, türkün düşmənləri məğlub oldu

Bayramovdan sülhlə bağlı yeni açıqlama

Pezeşkiandan bunu gözləyirik - Güneyli hərəkat rəhbəri

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Foto

Azərbaycan TDT-nin hesabına 2 milyon köçürdü

TDT XİN başçılarının iclası keçirildi - Yenilənib

XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır - Əliyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla