Amerikalı Milton Uilyam
Kuper dünyanın tanınmış sui-qəsd nəzəriyyəçilərindən biridir.
1943-cü ildə anadan olan Kuper ABŞ Dəniz Donanmasında xidmət edib.
O, illər sonra Dəniz Donanmasında olan zaman ABŞ hökumətinin Uçan
Naməlum Obyektlərlə (UNO) bağlı gizli sənədlərini gördüyünü
bildirir və onun bu sözləri sensasiyaya səbəb olur. Milton Kuperin
"Məxfi hökumət" adlı yadplanetlilərlə bağlı hesabatı 1991-ci ildə
mediada yayımlanır və bu, böyük rezonans yaradır. Sözügedən
məqalədə yadplanetlilərlə bağlı uzun illər məxfi saxlanılan
məlumatlar ilk dəfə ictimaiyyətə açıqlanır.
Axar.az həmin məqaləni təqdim
edir:
Əvvəli
burada
Yadplanetlilər ABŞ-la
imzalanmış müqaviləni pozur
1955-ci ildə bəlli olur ki, yadplanetlilər prezident Duayt
Eyzenhaueri aldadıb və imzalanmış müqaviləni pozub. Tezliklə şikəst
və əlil insanlar, o cümlədən heyvanlar ABŞ-ın bütün bölgələrində
aşkar edilir. Bundan əlavə, yadplanetlilərin oğurladıqları
insanların heç də hamısını geri qaytarmadığı üzə çıxır. Həmçinin
yadplanetlilərin gizli cəmiyyətlərdən, din və magiyadan istifadə
edərək insanları kütləvi şəkildə manipulyasiya etdikləri bəlli
olur.
Yadplanetlilərin nəsli tükənir
Tezliklə ABŞ rəhbərliyi daha bir məsələni üzə çıxarır. Bəlli
olur ki, yadplanetlilər vəzi və hormonal ifrazat mənbəyi olan
insanlardan genetik eksperimentlər üçün istifadə edir. Əcnəbilər
genetik təcrübə keçirmələrini öz nəsillərini qorumaqla izah
edirlər. Onlar bildirirlər ki, genetik quruluşları sürətlə
mürəkkəbləşib və yadplanetlilərin çoxalmaq imkanı məhv olub. Əgər
bu belə davam edərsə, tezliklə onların irqi bitəcək.
Yadplanetlilərə qarşı silah
Ümumiyyətlə, bizim silahlarımız onlara qarşı tamamilə yararsız
idi. "Əksəriyyət 12" layihəsi onlarla dostluq-diplomatik əlaqələri
inkişaf etdirmək barədə qərar verdi. Məqsəd isə yadplanetlilərə
qarşı hər hansı texnoloji silahı əldə etmək idi. Belə olan halda
mümkün müharibə zamanı qələbə qazanmağımız mümkün olacaqdı.
Həmçinin SSRİ və digər dövlətləri dünyanı xilas etmək üçün
güclərimizi birləşdirməyə çağırdıq.
Nəticədə Coşua və Ekskalibur layihələri işlənib hazırlandı.
Coşuanın bazasını almanlardan ələ keçirilən silah təşkil edirdi. Bu
silahın yadplanetlilərin gəmisinə və şüa silahlarına qarşı mübarizə
apara biləcəyi düşünülürdü.
Ekskalibur layihəsində silah raketlə təchiz olunmuşdu və yerüstü
hədəfləri məhv etmək üçün göyərtəsində lazer vardı. Həmçinin 1000
metr dərinliyə təsir etmək gücünə malik idi. 1 meqaton gücündə nüvə
başlığı ilə təchiz olunmuş və məqsəd yadplanetlilərin yerin
altındakı bazalarını məhv edə bilmək idi.
Coşua layihəsinin silahı artıq hazırlanıb. Lakin Ekskalibur
silahı üçün fəaliyyət hələ də davam edir.
Dəccal dünyaya gəlir
Əsrin əvvəllərində Fatimada (Portuqaliyanın şəhəri – red.) baş
verən hadisələr (1917-ci ildə Məryəm 3 kəndli uşağa və daha sonra
minlərlə insana görünüb, mesaj verir – red.) dəqiqliyi ilə
araşdırıldı. Bu, yadplanetlilərin manipulyasiyası ola bilərdimi?
ABŞ dərhal Vatikandan yardım istədi və tezliklə onlar köməyə
gəldilər. Vatikanın proqnozlarına görə, 1992-ci ildə bir uşaq
doğulacaq və insanlar birləşəcək, dünyada sülh olacaq. 1995-ci ildə
isə insanlar bu uşağın pisliyi təcəssüm etdirdiyini və dəccal
olduğunu iddia edəcək.
3-cü Qlobal müharibə alovlanacaq
Eyni ildə Orta Şərqdə 3-cü Qlobal müharibə alovlanacaq.
Birləşmiş Ərəb mədəniyyəti İsrailə hücum edəcək. Əvvəlcə adi
silahlardan istifadə olunacaq, 1999-cu ildə isə hidrogen
müharibəsinin alovlanması nəticəsində insanların kütləvi ölümü baş
tutacaq.
1999-2003-cü illərdə Yerin böyük hissəsində həyat məhv olacaq.
İsa Məsihin ikinci gəlişi isə 2011-ci ildə gerçəkləşəcək.
Yadplanetlilər bu proqnozları təsdiqləyir
Yadplanetlilər bu informasiya ilə tanış olan zaman onun
həqiqiliyini təsdiqləyir. Onlar zamanda hərəkət edə bildiklərini və
bu proqnozların həqiqətən baş verdiyini bildirirlər. Yadplanetlilər
İsanın həqiqətən çarmıxa çəkilməsi ilə bağlı holoqram göstəriblər.
ABŞ hökuməti hətta bunu lentə belə alıb.
1957-ci ildə bir simpozium keçirilir və ora dünyanın ən şüurlu
insanları qatılır. Onlar simpozium zamanı 2000-ci illərdə
insanların sürətlə artacağını və ətraf mühiti Allahın və
yadplanetlilərin yardımı olmadan məhv edəcəklərini, nəticədə
dünyanın sonunun gələcəyini bildirdilər.
(Ardı var)