Yuxarı

Qazaxda laporoskopik əməliyyat icra olundu - İlk dəfə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxda laporoskopik əməliyyat icra olundu - İlk dəfə

TƏBİB region xəstəxanalarında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayının və keyfiyyətinin artırılması, o cümlədən bu günədək yalnız paytaxtda icra olunan cərrahi əməliyyatların bölgə xəstəxanalarında da icra olunması istiqamətində yenilikləri davam etdirir.

Axar.az xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə həyata keçirilən laporoskopik əməliyyat uğurla başa çatıb.

Cərrahi əməliyyat xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Bünyamin Abbasəliyev tərəfindən icra olunub. 41 yaşlı pasiyent üzərində həyata keçirilən laporoskopik xolesistektomiya (qapalı üsulla öd kisəsinin xaric edilməsi) əməliyyatından sonrası pasiyent dinamik nəzarət məqsədilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, sözügedən əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.

Tarix
2024.08.07 / 01:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla