Yuxarı

İrəvanda ictimai fəal qətlə yetirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda ictimai fəal qətlə yetirildi

İrəvanda İnformasiyalı Vətəndaş Birliyi ictimai təşkilatının rəhbəri, ictimai-siyasi fəal Karen Vardanyan qətlə yetirilib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, 1982-ci il doğumlu Vardanyan BƏƏ-yə bir həftəlik səfər adı ilə martın 17-də evdən çıxıb. Ancaq martın 30-da onun meyiti Sisakyan küçəsindəki qarajlardan birində tapılıb.
Faktla bağlı cinayət işi açılıb. Ötən gün isə 25 yaşlı Qevork Zoqrabyan və 43 yaşlı Artur Miqranyan şübhəli şəxs kimi saxlanılıb. ( Saxlanılanlar arasında adları açıqlanmayan 35 yaşlı A.Ç, 27 yaşlı A.B və 56 yaşlı A.D-nin də olduğu bildirilir).

Təşkilat üzvlərinin sözlərinə görə, qonşusu Qevork Zoqrabyan K.Vardanyanın evini aldatma yolu ilə öz adına keçirib. Belə ki, K.Vardanyanın borcu oldğu üçün hesablarına həbs qoyulub. Evinin də üzərinə həbs qoyulacağını düşündüyündən, o öz evini qonşusu Zoqrabyanın adına keçirib.

Artur Miqranyanın isə Zoqrabyana taksi xidməti göstərdiyi bildirilib.

İstintaq qətli törədən A.Miqranyan və Zoqrabyanı artıq həbs edib.

Vətəndaş cəmiyyətinin üzvü olan Vardanyanın qətlində siyasi amillər də istisna edilmir. Çünki Vardanyanın hesablarına həbs qoyulması onun ictimai fəaliyyəti ilə əlaqələndirilir.

Tarix
2016.04.01 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla