Yuxarı

Putinin nişan üzüyü Kabayevanın barmağında - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin nişan üzüyü Kabayevanın barmağında - Foto

Rusiya Prezidenti Vladimir Putinin şəxsi həyatı ilə bağlı Soçidə keçirilən qış olimpiya oyunları zamanı maraqlı olay baş verib.

"Axar.az"ın xəbərinə görə, Qərb jurnalistləri olimpiya çempionu, hazırdasa Dövlət Dumasının üzvü olan Alina Kabayevanın barmağında Putinin nişan üzüyünü aşkarlayıblar.

Qeyd edək ki, olimpiya oyunlarının açılış mərasimi zamanı olimpiya məşəlinin daşınması Rusiyanın adlı-sanlı idmançılarına həvalə olunub. Həmin sırada Alina Kabayeva da yer alıb. Ardıcıllığa uyğun olaraq, məşhur tennisçi Mariya Şarapova alovu Kabayevaya ötürdü. O da məşəli üçqat olimpiya çempionu Rodninaya verib. Məhz bu zaman onun əlindəki nişan üzüyü foto müxbirlərin kamerası obyektivinə düşüb.

Qərb jurnalistləri bu barədə geniş reportajlar veriblər. Məlumdur ki, həyat yoldaşı Lyudmila Putinlə nikahını rəsmən pozduqdan sonra Rusiya prezidenti illərcə barmağında gəzdirdiyi üzükdən də vaz keçib. Qərb mediası dəfələrə Putinin Alina Kabayeva ilə gizli ailə qurduğu və cütlükdən bir oğlan uşağının dünyaya gəlməsi barədə məlumat verib.

İddiaya görə, Kabayevanın barmağındakı üzüyün Putinin uzun illər barmağında gəzdirdiyi nişan üzüyünə yetərincə bənzəməsi bəzi suallara – o cümlədən, onların bir yerdə yaşamasına aydınlıq gətirib.

Tarix
2014.02.13 / 13:48
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla