Yuxarı

Türk dövlətində yeni qadağa: Onlar ölkəyə buraxılmayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan parlamenti bu dövlət və xalqı haqqında uyğunsuz danışan əcnəbilərin ölkəyə girişinə qadağa qoyan qanun layihəsini qəbul edib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Əcnəbilərin statusu haqqında qanun”a düzəliş olunub.

Dəyişikliyə əsasən, xalqın ləyaqətini alçaldan və Özbəkistan haqqında nalayiq ifadələr işlədən şəxslərin 5 il ərzində ölkəyə girişinə qadağa qoyulacaq. Həmin şəxslər ölkəyə daxil olduqları zaman “arzuolunmaz şəxs” elan edilərək deportasiya olunacaqlar.

Məluamat görə, Özbəkistanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd çıxışlar edən, habelə dövlətlər arasında sosial, milli və dini düşmənçiliyə səbəb olan, şərəf, ləyaqət və ya tarixi alçaldan çıxışlar edən xarici ölkə vətəndaşlarının siyahısı tərtib olunacaq. Bu şəxslər ölkəyə buraxılmamaqla yanaşı, Özbəkistanda hesab aça və pul transferi həyata keçirə də bilməyəcəklər.

Lakin həmin şəxslər bu addımları əsaslandırıb səbəbini ortadan qaldırdıqdan sonra adlarının qara siyahıdan silinəcəyi açıqlanıb.

Tarix
2024.09.23 / 09:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Suverenliyimizin tam bərpa edilməsi... - Əliyev

MM-in yeni vitse-spikeri Fariz İsmayılzadə kimdir?

İlham Əliyev Krala məktub göndərdi

Bakı və İrəvan arasında sülh... - Ərdoğan

İcmadan Colinin bəyanatına sərt reaksiya

XİN Colinin bəyanatını qətiyyətlə pislədi

Lapşin həbsi ilə bağlı Bakını şərlədi: Görün, nələr uydurur…

Səfirimiz İranda Əli Musəvi ilə görüşdü

Azərbaycan İrana başsağlığı verdi

Mənə dedilər ki, Nikol səni Bakıya satacaq - Lapşin

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla