Yuxarı

Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə 4 nömrəli məktəb şagirdlərin istifadəsinə verilib.

Axar.az xəbər verir ki, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər.

E.Əmrullayev sözügedən məktəbin uğurlarına, xoş sədalarına şahid olacağımızı vurğulayıb.

Digər qonaqlar da, öz növbəsində, məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıb. Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub.

Qeyd edək ki, Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb 1-ci Qarabağ müharibəsi dövrünə qədər Xankəndidə fəaliyyət gösdərən və Azərbaycan dilində tədris aparan yeganə təhsil ocağı olub. Orta məktəb işğaldan sonra uzun illər Bakı şəhərində fəaliyyət gösdərib. 36 ildən sonra orta məktəb doğma şəhərimiz Xankəndidə fəaliyyətə başlayıb. Bu gün məktəbdə ilk zəng çalınır və şagirdlərin istifadəsinə verilir.

Tarix
2024.09.23 / 10:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Buna görə gələcəkdə bizi problemlər gözləyə bilər...

Suverenliyimizin tam bərpa edilməsi... - Əliyev

MM-in yeni vitse-spikeri Fariz İsmayılzadə kimdir?

İlham Əliyev Krala məktub göndərdi

Bakı və İrəvan arasında sülh... - Ərdoğan

İcmadan Colinin bəyanatına sərt reaksiya

XİN Colinin bəyanatını qətiyyətlə pislədi

Lapşin həbsi ilə bağlı Bakını şərlədi: Görün, nələr uydurur…

Səfirimiz İranda Əli Musəvi ilə görüşdü

Azərbaycan İrana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla