Yuxarı

Bakıda böyük söküntü: əhaliyə pul verilir, park salınır...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda böyük söküntü: əhaliyə pul verilir, park salınır...

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.

Axar.az Bakı.vs-yə istinadən xəbər verir ki, söhbət Təzəpir məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir.

Artıq adı çəkilən küçələrdə yaşayış fondunun inventarizasiyası aparılır. Bu proses başa çatdıqdan sonra söküləcək fərdi yaşayış evlərinin dəqiq sayı müəyyənləşəcək. Yasamal rayonunda yerləşən 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasının arxa hissənə kimi ərazidə yerləşən fərdi evlərin siyahıyaalınma prosesinə start verilib.

İnventarizasiya prosesi başa çatdıqdan sonra evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.

Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat (hər kv.m üçün) kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq, bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.

Tarix
2024.09.23 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla