Yuxarı

ABŞ-da təyyarə enərkən maşına çırpıldı: ölənlər var - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da təyyarə enərkən maşına çırpıldı: ölənlər var - Video

10:37

Nyu Yorkun “LaQuardia” hava limanında “Air Kanada Ekspress” təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, təyyarə eniş edərkən yanğınsöndürən maşına çırpılıb. Hadisə nəticəsində maşında olan 5 yanğınsöndürən ağır xəsarətlər alıb.

Eyni zamanda, təyyarədə olan 100 sərnişin arasında xəsarət alanların olduğu da vurğulanıb.

Hadisə ilə bağlı hava limanı müvəqqəti olaraq bağlanıb.

***

"Air Kanada Express" təyyarəsinin pilotları "LaQuardia" hava limanında nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində həlak olublar.

Bu barədə “NBC Nyus” mənbələrə istinadən məlumat yayıb.

***

“Air Kanada Express” təyyarəsinin “LaQuardia” hava limanında nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sərnişinlər, ekipaj və hava limanının yanğınsöndürmə xidmətinin əməkdaşları da daxil olmaqla 41 nəfər xəstəxanaya çatdırılıb.

Bu barədə hava limanı administrasiyasının icraçı direktoru Ketrin Qarsiya bildirib.

Onun sözlərinə görə, zərər çəkənlərdən bəziləri ciddi xəsarətlər alıb, lakin kritik yaralananların sayı dəqiqləşdirilməyib.

Tarix
2026.03.23 / 14:04
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla