Yuxarı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

İranın 4 min kilometr uzaqlıqdakı ABŞ və Böyük Britaniyaya məxsus Dieqo Qarsiya bazasına ballistik raketlə hücumu ölkənin imkanlarının təsəvvür ediləndən daha yüksək olduğunu nümayiş etdirməklə yanaşı, müharibəyə yanaşmada yeni reallıqları da ön plana çıxarır.

Birincisi, İranın hərbi potensialı ilə bağlı qeyri-müəyyən vəziyyət yaranır: raket arsenalının ABŞ-ın regiondakı bazalarını, İsraili və qonşu ölkələri hədəfə ala biləcək 2 min kilometr həddində olduğu bilinsə də, bu hücum təsəvvürləri dəyişdirir;

İkincisi, İranın müharibəni regiondan kənara, hətta Avropaya qədər genişlədə biləcək imkanlara malik olduğu anlaşılır;

Bu, İranın təhdid altında olan ölkələrin ABŞ-İsrail cəbhəsinə qarşı müxalif mövqeyini gücləndirməyə hesablanmış “strateji çəkindirmə” taktikası baxımından önəmli görünür, xüsusilə Avropaya xəbərdarlıq hesab oluna bilər. Lakin əks-effekt amili daha güclü ola bilər.

- ABŞ və İsrail bundan İran rejiminin qlobal təhlükəsizlik üçün ciddi risklər yaratdığını göstərmək məqsədilə istifadə edəcək: bu kontekstdə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin “İran raketləri Avropa paytaxtlarına çata bilər, Berlin, Paris və Roma birbaşa təhlükə altındadır” sözləri diqqətçəkəndir; bu, anti-İran koalisiyasının mümkünlüyünü aktuallaşdırır, ən azı Hörmüz boğazında ABŞ-ın istədiyi dəstəyi əldə etməsi imkanları yarada bilər;

- Tramp daxildə anti-müharibə mövqeyinə qarşı İranın birbaşa ABŞ-ın təhlükəsizliyini təhdid etdiyi arqumentini gücləndirəcək;

Bu kontekstdə Dieqo Qarsiyaya raket hücumu ABŞ üçün daha sərfəli görünür.

Tarix
2026.03.22 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla