Yuxarı

MM-in yeni seçilən vitse-spikeri kimdir? - Dosye

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:15

Xəbər verdiyimiz kimi, deputat Musa Qasımlı Milli Məclisin vitse-spikeri seçilib.

Axar.az xəbər verir ki, Musa Qasımlı 1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1979–1982-ci illərdə Yardımlı rayonunda orta məktəblərdə müəllim işləyib. 1982–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspirantı, müəllimi, baş müəllimi, dosenti, universitetin Tarix fakültəsı dekanının müavini olub.

1992–1997-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin, daha sonra Azərbaycan Respublikası Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin aparıcı mütəxəssisi, baş məsləhətçisi vəzifələrində çalışıb. 1997–2016-cı illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru olub. 2016-cı ildən AMEAnın Qafqazşünaslıq İnstitutunun direktorudur.

Tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycanda və xarici ölkələrdə 10 dildə nəşr edilmiş 47 kitab və 190-dan çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.

Bitərəfdir. Milli Məclisin IV, V, VI çağırışlar deputatı olub.

Evlidir, 4 övladı var.

Tarix
2024.09.23 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlara hər dəfə dərs vermişik ki, bunu etməsinlər!

Ermənistan Fransadan pulsuz silah alır - ciddi məsələdir!

Ərdoğan Paşinyan və Pezeşkianla bunu müzakirə edəcək

Ermənistanda Azərbaycan suları satılır - Foto

Biz sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistan...

Polad Bülbüloğlu MM-də bu komitənin sədri seçildi

Prezident quru sərhədimizin bağlı olmasından danışdı

MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar

Bizimlə şantaj dili ilə danışmaq mümkün olmayacaq!

MİS rəisi, serjant özünü elə aparır ki... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla