Yuxarı

İllər sonra NATO Rusiya ilə əlaqələrə yenidən baxa bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun müdafiə nazirləri gələn həftə görüşəcək və Kremldən gələn təhlükəyə cavab olaraq alyansın Rusiyaya qarşı onilliklər boyu davam edən siyasətini yenidən düşünməyə başlayacaqlar.

Axar.az xəbər verir ki, bu barədə "Politiko" nəşri məqalə dərc edib.

Nəşr qeyd edir ki, NATO ilə Rusiya arasında münasibətlər Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra "dibə vurub". NATO Rusiyanı “müttəfiqlərin təhlükəsizliyinə ən əhəmiyyətli və birbaşa təhdid” adlandırıb. Kreml isə NATO-nun şərqə doğru genişlənməsinin ekzistensial təhlükə yaratdığını iddia edir.

Bildirilir ki, gedişata baxmayaraq, NATO hələ də Rusiya ilə Təsis Aktını saxlayır. Bu, Sovet İttifaqının dağılmasından 6 il sonra, 1997-ci ildə imzalanmış və “sabit, sülhsevər və bölünməz Avropanın qurulması”nın ümumi məqsədini ifadə edən sənəddir.

Soyuq müharibədən sonra təhlükəsizlik məsələləri və müştərək layihələrdə əməkdaşlıq etmək üçün yaradılan bir qurum olan NATO-Rusiya Şurası 2022-ci ildən bəri bir araya gəlmir. Rusiya ilə münasibətlər bu illər ərzində durmadan pisləşib.

Adı açıqlanmayan ABŞ hökumətinin yüksək rütbəli rəsmisi deyib:

"NATO ölkələri hazırda Rusiyaya qarşı strategiyanın müxtəlif elementlərini təsvir etməyə və bizi NATO-Rusiya Təsis Aktının gələcəyi kimi mövzulara aparan alyans daxilində müzakirələri irəli sürməyə çalışırlar".

Rəsmi qeyd edib ki, əsas diqqət NATO-nun 32 ölkəsinin rəylərinin toplanmasına yönəldiyi üçün hələlik yeni strategiya layihəsi yoxdur.

Tarix
2024.10.12 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Niderlandın Bakı əleyhinə iki qətnaməsi... - XİN

Şok: SEPAH generalı Hizbullahın rəhbəri təyin edildi

Daha bir hərbi komissar həbs olundu - Rəsmi

AQTA Fransadan bu məhsulların idxalını məhdudlaşdırdı

Prezidentin sərəncamı: Yerüstü suların istismarı...

Azərbaycanla İspaniya arasında məsləhətləşmələr oldu

Bu deputatlara yeni vəzifələr verildi

Oqtay Şirəliyev cərimə edildi - Səbəb

Ordumuz şərti düşmən hədəflərini məhv etdi - Video

İlham Əliyev bu ölkənin liderinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla