Yuxarı

Türkiyədə bu sahəyə 277 milyard sərmayə qoyuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 22 ildə Türkiyənin nəqliyyat və rabitə infrastrukturuna 277 milyard dollar məbləğində sərmayə qoyulub.

Axar.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu İstanbulda keçirilən Dünya Yol Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, aviasiya sahəsində Türkiyəni qlobal bir mərkəzə çevirmək məqsədilə 2002-ci ildə aktiv fəaliyyət göstərən 26 hava limanı sayı son istifadəyə verilən Çukurova beynəlxalq aeroportu ilə 58-ə çatdırılıb.

“Hazırda Türkiyədən dünyanın 131 ölkəsinin 347 fərqli bölgəsinə aviareyslər həyata keçirilir. Bu ilin sonuna xarici uçuş nöqtələrinin sayı 349-a çatdırılacaq. Hava limanlarının ətraf mühitə təsirini idarə etmək üçün 2020-ci ildə ölkədə “Karbonsuz hava limanı” layihəsi başladılıb. İstanbul hava limanı gündəlik ortalama 1500-ə yaxın uçuşla dünyanın ən böyük qlobal tranzit mərkəzlərindən biri olmaqla yanaşı, Avropanın ən sıx qrafikli hava limanları sıralamasında da birinci yerdədir. Türkiyə Asiya və Avropa arasındakı şərq-qərb dəhlizində təbii bir körpü olduğu kimi, Qafqaz ölkələri və Türküstandan Afrikaya uzanan dəhlizinin də tam mərkəzindədir. Ölkəmiz Orta dəhlizin inkişafı çərçivəsində, 2017-ci ildən fəaliyyətə başlayan Bakı-Tiflis-Qars dəmiryolu, “Avrasiya” tuneli, “Marmaray”, “Yavuz Sultan Səlim” körpüsü və “Şimal Marmara” magistralı kimi bir çox mega layihələri həyata keçirib və yenilərini də reallaşdırmaq üçün çalışır”, - deyə Uraloğlu vurğulayıb.

Qeyd edək ki, bu il “Hərəkətliliyi gücləndirmək üçün bağlanırıq: Hər kəs üçün davamlı gələcəyin təminatçısı kimi yollar” başlığı altında keçirilən konfransda mobilləşmə, rəqəmsallaşma, iqlim dəyişikliyi və yaşıl enerji kimi mövzular müzakirə edilir.

Tarix
2024.10.15 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla