Yuxarı

Polşa ilə ikitərəfli münasibətlər müzakirə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

12-14 fevral 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, İqtisadiyyat və Sənaye Nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Polşa arasında dövlətlərarası məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Varşavaya səfər ediblər.

Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyəti Polşanın rəsmi şəxsləri ilə, o cümlədən Baş Nazirin müavini, İqtisadiyyat Naziri Yanuş Piexoçinski, Xarici İşlər Naziri Radoslav Sikorski, Prezident Administrasiyasının Beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, Xarici İşlər Nazirinin müavini Katajına Pelçinska-Nalenç, İqtisadiyyat Nazirinin müavini Andjey Dıxa, Polşa İşəgötürənlər təşkilatının sədri Andjey Malinovski ilə görüşlər keçiriblər.

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələr üzrə münasibətlərimizin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi perspektivləri, qarşılıqlı rəsmi səfərlər, regionda cərəyan edən proseslər müzakirə edilib. Həmçinin Dövlətlərarası Müştərək Komissiyanın Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclasına hazırlıq məsələləri də tərəflər arasında geniş müzakirə edilib.

Səfər çərçivəsində Polşadakı Səfirliyimizin və PR İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Polşanın müxtəlif istehsal sahələrini təmsil edən qırxdan artıq şirkət nümayəndəsinin iştirakı ilə dəyirmi masa keçirilib. Nazir müavini N.Səfərov Azərbaycan Respublikasının biznes mühüti, ölkəmizin iqtisadi inkişaf proqramları, bu sahədə çalışan şirkətlərə dövlət qayğısından söz açmışdır. Dəyirmi masa zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbabaycan haqqında təqdimat keçirib. Dəyirmi masa iştirakçıları ilə geniş fikir mübadiləsi aparılıb, yerli şirkətləri maraqlandıran suallar cavablandırılıb.

Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib. (Trend)

Tarix
2014.02.15 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla