Yuxarı

İsrail İranın Kosmik Mərkəzini də vurub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ballistik raketlərin istehsal olunduğu və buraxıldığı SEPAH-a məxsus Şahrud Kosmik Mərkəzi ötən həftə İsrailin hücumu nəticəsində zədələnib.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” peyk çəkilişlərinə istinadla məlumat yayıb.

“Planet Labs PBC”dən alınan və təhlil olunan yüksək keyfiyyətli peyk şəkilləri Tehrandan təxminən 370 kilometr şimal-şərqdə, Semnandakı Şahrud Kosmik Mərkəzinin zərər gördüyünü göstərir”, - nəşr bildirib.

Zərbələr nəticəsində Şahrud Kosmik Mərkəzinin mərkəzi binasına, bir neçə qonşu binaya və anqara ziyan dəydiyi bildirilib:

“Onlar İranın İsraili vura biləcəyi orta mənzilli ballistik raketlərin kütləvi istehsalı üçün istifadə olunur. SEPAH son illərdə İran silahlı qüvvələrinin proqramından ayrı olaraq özünün raket istehsalı proqramını hazırlayıb. Mərkəzdən əlavə, İsrail neft emalı və neft-kimya zavodlarını, eləcə də İranın cənubundakı böyük qaz yatağı və limanını qoruyan hava hücumundan müdafiə sistemlərini məhv edib”.

Tarix
2024.10.30 / 10:41
Müəllif
Axar.az
Digər xəbərlər

Hansı şərtdən danışılır? Mirzoyan gəlirsə, gəlsin, gəlmirsə...

İsrail nəşrindən çağırış: Baxın Azərbaycana…

Bezosun VP-dəki məqaləsinə Hacıyevdən reaksiya

Paşinyan razılaşdı: Mirzoyan Bakıya gəlib bunları istəyəcək

İsrail Azərbaycanın taktikasından istifadə etdi - Ovannisyan

Niyə yağış yağan kimi Bakını su basır? - Ekspert

Mask Xameneinin azərbaycanca səhifəsini sildi, sonra…

Rusiya 40 erməni iş adamına qadağa qoydu

Əmirbəyov Tim Barrou ilə COP29-u müzakirə etdi

Gürcüstanda “çətin” vəziyyət: AB bu gün toplanır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla