Yuxarı

Övladını boğub öldürən Türkiyə vətəndaşına hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Əhməd Yeşilin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Əhməd Yeşil 20 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, bu il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilib.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil ƏhmədTuranın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Əhməd Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Tarix
2024.10.30 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Türk jurnalistləri çağıran Nikolun hiyləgər planı

İsrail prezidenti Bakıya gəlir

Bakıya getmək üçün “şərtlər...” - Arutyunyan

Hansı şərtdən danışılır? Mirzoyan gəlirsə gəlsin, gəlmirsə...

İsrail nəşrindən çağırış: Baxın Azərbaycana…

Bezosun VP-dəki məqaləsinə Hacıyevdən reaksiya

Paşinyan razılaşdı: Mirzoyan Bakıya gəlib bunları istəyəcək

İsrail Azərbaycanın taktikasından istifadə etdi - Ovannisyan

Niyə yağış yağan kimi Bakını su basır? - Ekspert

Mask Xameneinin azərbaycanca səhifəsini sildi, sonra…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla