Yuxarı

Şəxsiyyət vəsiqəsinin surətini çıxarmaq olmaz - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə qanunvericilikdə çox əhəmiyyətli bir dəyişikliklər olub. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah və ölüm haqqında şəhadətnamənin rəqəmsal versiyalarının hüquqi statusu təsdiqlənib. Yəni əgər vətəndaş “myGov”vasitəsilə şəxsi və digər məlumatlarını təqdim edirsə, bu artıq sadə bir məlumat deyil, rəqəmsal sənəddir.

Axar.az xəbər verir ki, bu sözləri İT üzrə ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə, bəzi yerlərdə şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətlərinin tələb edilməsi fərdi məlumatların təhlükəsizliyi baxımından doğru deyil:

“Amma buna baxmayaraq, yenə də bəzi yerlərdə fiziki şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətləri tələb edilir, yaxud da bəzi qurumlar heç lazım olmasa da, belə sənədlərin surətlərini çıxarıb saxlayırlar.

Bəzi dövlət qurumları isə hələ də inzibati binaya girişdə fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər, hətta bəziləri vətəndaş binanı tərk edənə kimi sənədi özlərində saxlayırlar. Bütün bunlar isə yolverilməzdir. Düşünürəm ki, yuxarıda adı çəkilən dəyişiklikdən sonra ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi və fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nikah şəhadətnaməsinin sürətlərinin tələb edilməsi ümumiyyətlə qadağan olunmalıdır. Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı”.

Tarix
2024.10.30 / 14:07
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan sərhədinə gələn fransız, görün, kim imiş - Foto

Tiflis Parisin Bakı ilə bağlı planını məhv etdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Ərdoğandan qərar: Azərbaycan bu siyahıdan çıxarıldı - Təcili

Türk jurnalistləri çağıran Nikolun hiyləgər planı

İsrail prezidenti Bakıya gəlir

Bakıya getmək üçün “şərtlər...” - Arutyunyan

Hansı şərtdən danışılır? Mirzoyan gəlirsə gəlsin, gəlmirsə...

İsrail nəşrindən çağırış: Baxın Azərbaycana…

Bezosun VP-dəki məqaləsinə Hacıyevdən reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla