Yuxarı

Mədəniyyət naziri qəbul keçirdi, tapşırıqlar verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu həyata keçirilir. Qəbullarda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciət və təklifləri dinlənilir.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu oktyabrın 30-da Ağcabədi şəhərində gerçəkləşib.

Qəbuldan öncə nazir Adil Kərimli və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbulda Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlər diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Tarix
2024.10.30 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da 43 milyon insan artıq səs verdi - Erkən səsvermə nədir?

Azərbaycan sərhədinə gələn fransız, görün, kim imiş - Foto

Tiflis Parisin Bakı ilə bağlı planını məhv etdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Ərdoğandan qərar: Azərbaycan bu siyahıdan çıxarıldı - Təcili

Türk jurnalistləri çağıran Nikolun hiyləgər planı

İsrail prezidenti Bakıya gəlir

Bakıya getmək üçün “şərtlər...” - Arutyunyan

Hansı şərtdən danışılır? Mirzoyan gəlirsə gəlsin, gəlmirsə...

İsrail nəşrindən çağırış: Baxın Azərbaycana…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla