Yuxarı

Əmrullayev onlara yüksək vəzifə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmrullayev onlara yüksək vəzifə verdi

14:36

İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.

Axar.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vaqif oğlu Kərimov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.

Bundan başqa, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavad Alı oğlu Cavadova həvalə edilib.

Həmçinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.

Qeyd edək ki, E.Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri, A.Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

***

Qarabağ və Qazax-Tovuz regional təhsil idarələrinə yeni təyinatlar olub.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Sənan Famil oğlu Mənsimli Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub. Sənan Mənsimli 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Vüqar İsrəfil oğlu Dadaşova həvalə edilib.

Bundan başqa, Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Anar Rafik oğlu Məcidov Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib. İdarənin müdiri vəzifəsinin icrası da ona həvalə olunub.

Tarix
2024.10.30 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla