Yuxarı

Fransada genişmiqyaslı tətil: yüz minlərlə insan...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada genişmiqyaslı tətil: yüz minlərlə insan...

Fransada dövlət sektorunda çalışanlar sentyabrın 29-da ümummilli tətil elan ediblər.

Axar.az xəbər verir ki, bu barədə məlumat yayan Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə 206 min, o cümlədən Parisdə 30 min nəfərin nümayişlərə qatıldığını bildirib.

Dövlət qulluğunun müxtəlif sahələrində də tətilə qoşulma qeydə alınıb. Günorta saatlarına olan məlumatlara əsasən, dövlət idarələrində çalışanların 9,64 faizi, yerli idarələrdə çalışanların 5,68 faizi, xəstəxana sektorunda isə 4,5 faizi tətil edib.

Təhsil sahəsində tətilə qoşulma səviyyəsi 11,47 faiz təşkil edib. Müəllimlər arasında bu göstərici 13,71 faiz olub.

Etirazlar bəzi liseylərin qarşısında blokadalarla da müşayiət olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlər və liseylər ətrafındakı blokadalar zamanı 40 nəfər saxlanılıb. Milli Təhsil Nazirliyi isə 338 təhsil müəssisəsində müxtəlif aksiyalar və ya fəaliyyətə maneələr qeydə alındığını, şagirdlər və əməkdaşlar arasında 10 nəfərin xəsarət aldığını açıqlayıb.

Bordo şəhərindəki Monten liseyinin yaxınlığında keçirilən aksiya zamanı isə prefekturanın məlumatına görə, aerozol balonunun partlaması nəticəsində bir yanğınsöndürən xəsarət alıb.

Tarix
2026.09.30 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla