Yuxarı

Cəlilabadda yeni yaşayış məskəni tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəlilabadda yeni yaşayış məskəni tapıldı

Cəlilabad rayonunun Təklə kəndi ərazisində yeni yaşayış məskəni – Oğlantəpə aşkar edilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan Tunc – İlk Dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb.

Cəfərli yolunun sağ tərəfində, yoldan 130 metr şimal-qərbdə yerləşən Oğlantəpə təbii təpə üzərində salınıb. Təpənin diametri 100 metr, hündürlüyü təxminən 20 metrdir. Abidənin sağ və sol tərəfindən qədim çay dərələri keçir. Uzunmüddətli yaşayış nəticəsində burada qalın mədəni təbəqə formalaşıb.

İlkin axtarışlar zamanı abidənin üst qatından Orta əsrlərə aid şirli və şirsiz saxsı nümunələri aşkarlansa da, mədəni təbəqənin kəsik hissəsində əsasən İlk Tunc dövrünə aid maddi mədəniyyət nümunələri üzə çıxıb.

Tapıntılar arasında qonur və boz rəngli, yarımşarşəkilli qulpları olan saxsı qab fraqmentləri, boşqab tipli qablara aid qırıqlar və daşdan hazırlanmış əşyalar üstünlük təşkil edir.

Arxeoloqların bildirdiyinə görə, gələcəkdə bu tip abidələrin sistemli şəkildə qeydə alınması Muğan bölgəsində İlk Tunc dövrü yaşayış məskənlərinin yayılma arealının müəyyənləşdirilməsinə və yeni arxeoloji xəritənin hazırlanmasına imkan verəcək.

Tarix
2026.09.29 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla