Yuxarı

27 il Mərkəzi Banka rəhbərlik etdi: indi haradadır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
27 il Mərkəzi Banka rəhbərlik etdi: indi haradadır?

Uzun illər Azərbaycanın maliyyə sistemində əsas simalardan biri olan Elman Rüstəmov son dövrlərdə ictimaiyyət qarşısında əvvəlki qədər görünmür. Bəs 27 il Milli Bank və Mərkəzi Banka rəhbərlik etmiş Rüstəmov hazırda hansı vəzifəni tutur?

Axar.az Mətbuat.az-a istinadən xəbər verir ki, Elman Sirac oğlu Rüstəmov 1952-ci il iyunun 29-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirən Rüstəmov əmək fəaliyyətinə iqtisadi sahədə başlayıb və müxtəlif dövlət qurumlarında çalışıb.

O, 1992-ci ildə Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. 1995-ci ildən banka rəhbərlik edən Rüstəmov sonrakı illərdə də bu vəzifədə fəaliyyətini davam etdirib. 2020-ci ildə Prezidentin sərəncamı ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə yenidən təyin olunub.

2022-ci ilin aprelində Mərkəzi Bankın rəhbərliyindən ayrılan Rüstəmov dövlət idarəçiliyində fəaliyyətini davam etdirib. Baş nazir Əli Əsədovun 13 aprel 2022-ci il tarixli sərəncamı ilə Baş nazirin müşaviri təyin olunub.

Hazırda Nazirlər Kabinetinin rəsmi strukturunda Elman Rüstəmov Baş nazirin müşaviri kimi göstərilir. Uzun illər Mərkəzi Bankın rəhbəri kimi tanınan Rüstəmov hazırda fəaliyyətini hökumət səviyyəsində davam etdirir.

Tarix
2026.09.29 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla