Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?
07:00
| Ana səhifə Hadisə |
|
Biləsuvar rayonunda keçirilən əsgər yolasalma mərasimində iştirak edən Cəlilabad sakinləri qidadan zəhərləniblər.
Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, mərasimdən sonra evlərinə qayıdan ailə üzvlərinin səhhətində narahatlıq yaranıb.
İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə 10 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların arasında uşaqların da olduğu bildirilir.
Hadisəyə mərasim zamanı yeyilən paytaxt salatının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2026.09.30 / 01:36
|
Müəllif
Axar.az
|