Yuxarı

Hava limanında sahibsiz baqajlar 2 manata satışa çıxarılıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Beynəlxalq Aeroportu adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Elanlarda hava limanı anbarının boşaldıldığı “əsas gətirilərək”, 6 aydır sahibləri tapılmayan baqajların 1.88 AZN-ə satışa çıxarıldığı qeyd olunub. Diqqət çəkən məqam odur ki, elanlara müxtəlif profillərdən geridönüşlər edilib, paylaşımın şərh qisminə təsdiqləyici fotolar atılıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu tip məlumatlar həqiqəti əks etdirmir.

“Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir. Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.

Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik.

Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - məlumatda qeyd olunub.

Tarix
2024.10.30 / 15:38
Müəllif
Aytac Araz
Digər xəbərlər

İlham Əliyev Belçika Kralını təbrik etdi

İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə

Britaniya şirkəti Qarabağda filiz hasilatına başladı

Rusiya Kiyevdə Azərbaycan səfirliyinin yaxınlığını bombaladı

Azərbaycan bayrağı Ermənistanda trend oldu - Foto

Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi - Xarici KİV

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla