14:22
Epi ləqəbi ilə tanınan reper Əkbər Novruzlu saxlanılıb.
Kult.az lent.az-a istinadla xəbər verir ki, onun saxlanılmasına Bakıda keçirilən tədbirdə səsləndirdiyi rep səbəb olub.
Belə ki, EPİ ictimai tədbirdə ifa etdiyi həmin repdə söyüş və əxlaqsız ifadələrdən istifadə edib.
Sosial şəbəkə istifadəçiləri onu buna görə şiddətlə qınayıblar.
Polis tərəfindən saxlanılan reperin məhkəməyə çıxarılacağı gözlənilir.
***
Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan Epi ləqəbli reper Əkbər Novruzlunun saxlanma səbəbi məlum olub.
Ə.Novruzlunun narkotik vasitə istifadəçisi olduğu üzə çıxıb.
O, həmin fakta görə saxlanılıb.
***
Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.
Bununla bağlı məhkəmə qərar verib.
O, İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 510-cu (Xırda xuliqanlıq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs edilib.