Yuxarı

Bu görüşdən öncə müharibəni bitirmək fürsəti var idi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu görüşdən öncə müharibəni bitirmək fürsəti var idi

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşdən əvvəl müharibənin sona çatdırılması üçün ideal bir konstruksiya mövcud idi. İndi isə ruslar bildirirlər ki, müharibəni davam etdirmək üçün resurslara malikdirlər.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixayl Podolyak bildirib.

Podolyak qeyd edib ki, həmin konstruksiya ondan ibarət idi ki, atəşkəs hər hansı sülh danışıqlarından əvvəl baş verməli idi və bu addım tərəflərin müharibəni sona çatdırmağa hazır olduqlarına dair aydın bir mesaj olardı:

"Ukraynanın təklif etdiyi strategiyaya riayət olunmalı idi. Buna atəşkəs, sonra danışıqlar prosesi, daha sonra müəyyən müddətlik müvəqqəti sülh dövrü, cəbhə xəttində vəziyyətin dondurulması və s. daxil idi. Bu artıq o demək olardı ki, Rusiya doğrudan da müharibədən çıxmaq istəyir. Hazırda isə açıq şəkildə görünür ki, onlar nəinki müharibədən çıxmaq istəmirlər, əksinə, müvafiq resursları olduğunu, həmçinin qlobal bazarda vəsait toplamağa, maliyyələşdirməyə imkan yaratdıqca müharibəni davam etdirəcəklərini bildirirlər”.

Tarix
2025.08.31 / 09:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla