Yuxarı

Rusiya Baxmut ssenarisini burada da tətbiq edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın işğalçı qoşunları Donetsk vilayətinin Dobropolye istiqamətində uğursuzluqdan sonra diqqətlərini Pokrovsk və Mirnoqrad rayonunda yerləşən Ukrayna qarnizonunun təminat yollarını kəsməyə yönəldiblər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyov deyib.

Onun sözlərinə görə, ruslar həmin istiqamətdə çox böyük həcmdə resurslardan istifadə edirlər:

"Son bir neçə ay ərzində ən çox döyüş toqquşmaları, adətən, məhz Pokrovsk–Mirnoqrad istiqamətində baş verir. Düşmən Ukrayna qüvvə və vasitələrinin tam şəkildə operativ mühasirəsini həyata keçirməyə çalışır. Bu məqsədlə Ukraynanın öz müdafiəçilərinə lazım olan hər şeyi çatdırdığı, mülki əhalini həmin yaşayış məntəqələrindən təxliyə etdiyi və yaralı hərbçiləri çıxardığı yolları atəş nəzarətinə götürmək istəyir. Ona görə də vəziyyət həmin istiqamətdə kifayət qədər mürəkkəb olaraq qalır".

Seleznyov qeyd edib ki, Pokrovsk yaxınlığında Rusiya qüvvələri vaxtilə Baxmut istiqamətində reallaşdırdıqları ssenarini yenidən işə salıblar. Orada da düşmən əsas magistralları ələ keçirməyə çalışırdı.

Tarix
2025.08.31 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çində Ərdoğanla görüşdü - Video

İlham Əliyev Çində Şahbaz Şəriflə görüşdü

Fransa səfiri Azərbaycanı tərk etdi - Foto

Əliyev Maldiv prezidenti ilə görüşdü - Foto

ŞƏT ölkələrinin Dövlət Başçıları Şurasının iclası başladı

Əliyevin Lukaşenko ilə görüşü Kremli qıcıqlandırdı - Politoloq

Kremldən Əliyev-Putin görüşü ilə bağlı açıqlama

Paşinyanla görüşdən sonra Azərbaycan nümayəndələri... - Uşakov

Lukaşenko, İlham Əliyev və Şərif Çində görüşdü

Tiencində dövlət başçılarının şərəfinə ziyafət verildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla