Yuxarı

"Naxtel" telekommunikasiya xidmətlərini dayandıracaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Naxtel" telekommunikasiya xidmətlərini dayandıracaq

"Naxtel" MMC telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq.

Axar.az Report-a istinadən xəbər verir ki, "Naxtel" MMC 1 dekabr 2025-ci ildən etibarən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq. Şirkət bununla bağlı sosial şəbəkə hesablarında rəsmi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, abunəçilər hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 1 oktyabr – 1 dekabr 2025-ci il tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – "Azercell", "Bakcell" və "Nar"a müraciət etməlidirlər.

1 dekabr 2025-ci ilədək nömrəsini digər şəbəkəyə keçirməyən abunəçilərin nömrələri ləğv ediləcək və mövcud müqavilələrə xitam veriləcək. Bununla yanaşı, həmin nömrələrdəki aktiv xidmətlər dayandırılacaq, balansda qalan istifadə olunmamış vəsaitlər isə silinəcək.

"Naxtel" MMC bildirib ki, qeyd olunan tarixədək silinmiş məbləğlərin geri qaytarılmasına və ya kompensasiyasına görə şirkət məsuliyyət daşımır.

Nömrələrin daşınması Naxçıvan Muxtar Respublikası ərazisində, eləcə də Bakı və Gəncə şəhərlərində xüsusi təyin olunmuş xidmət mərkəzlərində həyata keçiriləcək.

Ətraflı məlumatı şirkətin rəsmi internet səhifəsindən (www.naxtel.az) və 299 nömrəli Telefon Mərkəzindən əldə etmək mümkündür.

Tarix
2025.09.01 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla