Yuxarı

Rusiyanı iflic etmə planı - Zelenski anonsunu verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanı iflic etmə planı - Zelenski anonsunu verdi

Dünən Ukrayna Prezidenti Zelenski bəyan edib ki, USQ Rusiyanın dərinliklərinə yeni zərbələr endirməyə hazırlaşır. "Dərinliklər" anlayışı çox genişdir və Zelenskinin hansı konkret dərinlikləri, obyektləri və sahələri nəzərdə tutduğunu bilməliyik.

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib.

Onun sözlərinə görə, avqust ayı Zelenskinin bəyanatlarının arxasında real planlar və nəticələr dayandığını üzə çıxardı:

“Məsələn, yalnız avqustda Rusiyanın 9 neft emalı zavoduna (NEZ) zərbələr endirilib. Burada söhbət zavodların sayından gedir, zərbələrin ümumi sayından yox. Çünki bəzi zavodlara 2, bəzilərinə isə hətta 3 dəfə zərbə endirilib.

Bu fakt bir daha təsdiqləyir ki, Ukraynanın hərbi-siyasi rəhbərliyi üçün hazırda 1 nömrəli strateji hədəf Rusiyanın neft emalı sənayesidir. Bunun səbəbi açıqdır: NEZ-lərin iflic edilməsi yalnız Rusiya hərbi maşınının fəaliyyətini zəiflətməyəcək, eyni zamanda ölkənin ümumi iqtisadiyyatına ciddi zərbə vuracaq”.

Politoloq hesab edir ki, Rusiyanın dərinliklərinə uğurlu zərbələrin effektivliyini müəyyən edən əsas faktorların başında Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyət qabiliyyəti dayanır:

“HHM şəbəkəsi zəiflədikcə, Ukrayna ordusunun Rusiyanın dərin arxa cəbhəsində yerləşən strateji hədəflərə, ilk növbədə NEZ-lərə daha intensiv və sarsıdıcı zərbələr endirməsinə imkan yaradacaq. Hazırda USQ bütün gücünü Rusiyanın HHM sistemlərini sıradan çıxarmağa yönəldib ki, yaxın gələcəkdə dərinliklərdəki strateji obyektlərə daha rahat və ağır zərbələr endirə bilsin.

Ukrayna Təhlükəsizlik Xidmətinin 28 avqust tarixli məlumatına görə, son 4 (24-28 avqust) gün ərzində Rusiyaya məxsus 17 ədəd REB, RLS və HHM atəş qurğusu məhv edilib.

Bunun ardınca ötən gün Kirill Budanovun rəhbərlik etdiyi Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi daha bir mühüm məlumat və video yaydı. Məlumata görə, son əməliyyatlar zamanı aşağıdakı obyektlər sıradan çıxarılıb:

- RLK "Utyos-T";

- Radioteleskop RT-70;

- Qübbəli "GLONASS" kompleksi;

- BRLS MR-10M1 "Mys" M1;

- S-400 ZRK tərkibində olan RLS 96L6-AP”.

Tarix
2025.09.01 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla